EN

Məktəbi yalnız universitetə aparan yol kimi görmək bir qədər dar yanaşmadır Şura katibi

525.az saytına istinadən ain.az xəbər verir.

“Məktəbi yalnız universitetə aparan yol kimi görmək bir qədər dar yanaşmadır. Bəli, məktəb şagirdi ali təhsilə hazırlaya bilər və hazırlamalıdır da, amma onun missiyası bununla məhdudlaşmır. Dünya təcrübəsinə baxanda görürük ki, inkişaf etmiş təhsil sistemlərində məktəbin əsas məqsədi sadəcə imtahandan yüksək bal toplayan abituriyent yetişdirmək deyil, düşünə bilən, qərar verə bilən və həyatda öz yolunu tapa bilən insan formalaşdırmaqdır”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bunu 525.az-a deyib. Onun sözlərinə görə, şagirdin yolu universitetdən keçmir. Kimisi peşə seçir, kimisi sahibkar olur, kimisi isə fərqli istiqamətdə uğur qazanır. Məktəbin işi seçim imkanını genişləşdirməkdir, yolu məcburi şəkildə bir istiqamətə yönəltmək yox. bugünkü şagirdlər əvvəlki nəsillərlə müqayisədə daha çox informasiya yükü, daha çox seçim və diqqəti yayındıran faktorlarla üz-üzədirlər. Onların ehtiyacı tənqid yox, düzgün istiqamət və motivasiyadır:

“Məncə, məktəbin başlıca ideyası bu olmalıdır- şagirdi yalnız imtahana deyil, həyata hazırlamaq. Universitet bu yolun yalnız bir mərhələsidir”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
525.az

1Sources