EN

Şok qərar: 2 ay sonra kubok əllərindən alındı FOTO

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Afrika Futbol Konfederasiyası apelyasiya şurasının qərarı şok effekti yaradıb.

Ölkə.Az CNN-ə istinadla xəbər verir ki, qalibiyyətdən 2 ay sonra apelyasiya hakimlərinin qərarı ilə Seneqal Afrika Millətlər Kuboku titulundan məhrum edilib.

Seneqalın əlavə vaxtda 1:0 hesablı qələbəsi dəyişdirilərək ev sahibi Mərakeşin 3:0 hesablı qələbəsinə çevrilib.

Seneqal Futbol Federasiyasının baş katibi Əbdülay Seydu Sou təşkilatın apelyasiya şikayəti verəcəyini bildirib. O, qərarı "Afrika üçün ayıb" adlandırıb.

Qeyd edək ki, 18 yanvarda Rabatda keçirilən final oyununun son dəqiqələrində Mərakeş üçün penalti verilib. Buna qəzəblənən Seneqal oyunçuları etiraz edib meydanı tərk ediblər. Təxminən 14–15 dəqiqə oyun dayanıb. Daha sonra Seneqal oyunçuları geri qayıdıb qalib gəlib.

CAF (Afrika futbol qurumu) Seneqal komandasının icazəsiz meydanı tərk etməsinə görə, Seneqalın qələbəsini ləğv edib.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
52
2
olke.az

3Sources