Tailandın iki ayrı bölgəsində baş verən bombalı hücumlarda 5 polis əməkdaşı yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, “Bangkok Post” qəzetinin məlumatına görə, Tailandın iki ayrı bölgəsində partlayışlar törədilib.
İlk hücum Panare bölgəsinin Tha Nam ərazisində dünən yerli vaxtla saat 18:58-də baş verib. Hadisə nəticəsində 5 polis əməkdaşı yaralanıb.
Səlahiyyətlilər partlayışın motosikletə yerləşdirilmiş bombadan qaynaqlandığını müəyyən ediblər.
İkinci hücum isə yerli vaxtla saat 04:00 radələrində Khok Pho bölgəsinin Na Ket ərazisində motosikletə gizlədilmiş partlayıcı vasitəsilə həyata keçirilib.
Hadisə zamanı ölən olmayıb.