Bakı. Trend:
Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələnistirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyirespublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşənattraksionların texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarətvə təlimat xarakterli tədbirlər həyata keçirilir.
Trend xəbərverir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşlarıtərəfindən attraksionlarda qanunvericiliyin tələblərinə əməlolunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanlarınaradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərəzəruri göstəriş və tövsiyələr verilir. Bildirilir ki, operatorlarattraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiqbiliklərə malik olmalı, qanunvericiliklə nəzərdə tutulmuş qaydadavə müddətdə sınaq işləri aparılmalı və gündəlik texniki baxışkeçirilməlidir.
Nəzarət tədbirləri çərçivəsində xüsusi vurğulanıb ki,operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrəmüvafiq biliklərə malik olmalı, qanunvericiliklə nəzərdə tutulmuşqaydada və müddətdə sınaq işləri aparılmalı və gündəlik texnikibaxış keçirilməlidir.
Bildirilib ki, attraksionlara cavabdeh olan fiziki və hüquqişəxslərdən attraksionların istismarı zamanı insanların həyat vəsağlamlığının qorunması üçün təhlükəsizlik qaydalarına daha ciddiyanaşılması və nəzarətin gücləndirilməsi, tələb olunur.
Həmçinin, həyata keçirilən tədbirlər zamanı attraksionlarıntəhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, ocümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyatakeçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflıməlumat verilir.