EN

Naxışlı ətəklər necə kombinlənir?

2026 yaz mövsümündə naxışlı ətəklər yenidən trendə çevrilib.

 

Pravda.az bildirir ki, belə geyimi kombin edərkən əsas prinsip balans yaratmaqdır.

 

Mini boy naxışlı ətəklər daha enerjili görünüş verir və sadə rəngli köynəklə tamamlanmalıdır.

 

Midi uzunluqda olan modellər isə həm gündəlik, həm də ofis üslubunda istifadə oluna bilər. Bu zaman sadə üst geyim və minimal aksesuarlar tövsiyə edilir.

 

Uzun (maxi) naxışlı ətəklər daha çox bohem və rahat stil yaradır. Onlar basic üst geyim, cins pencək və rahat ayaqqabılarla uyğunlaşdırılır.

 

Ən çox edilən səhv bir neçə diqqətçəkən geyimi birlikdə istifadə etməkdir. Düz rəngli üst geyimlər və sadə aksesuarlar seçmək daha uğurlu kombin yaradır.

 

Bundan əlavə, böyük naxışlar daha diqqət çəkir, kiçik naxışlar isə daha sadə görünüş təqdim edir. Mövsümə uyğun rəng seçimi də vacib hesab olunur.

 

Əminə Bayramova

Tarix: 18 Mart 2026, 13:33   
Chosen
60
pravda.az

1Sources