EN

Ətin qiyməti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: Yenə bahalaşacaq?

Bayram ərəfəsi yaxınlaşdıqca bazarlarda canlanma artır, xüsusilə də ət məhsullarına tələbatın yüksəlməsi diqqət çəkir. Ənənəvi olaraq bu dövrdə qiymət artımı müşahidə olunsa da, son illərdə həm təklifin azalması, həm də satıcı davranışları bu prosesi daha da kəskinləşdirir.
Bəs bayram öncəsi ətə artan tələbat qiymətlərə bu dəfə necə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, bayram öncəsi qiymət artımı əsasən tələb və təklif balansı ilə bağlıdır.

Bələdiyyələr

“İnsanlar bu dövrdə daha çox ət almağa meyilli olur və nəticədə tələb artır ki, bu da qiymətlərə təsir göstərir. Problem təkcə tələbin artması ilə məhdudlaşmır. Təklif və tələb edən iki tərəf var. Adətən problem təklif edən tərəfdə yaranır. Əgər bazarda heyvanların sayı azalırsa, xəstəliklər yayılırsa və ya müəyyən bazarlar bağlanırsa, bu, təklifin azalmasına gətirib çıxarır”.

Asif İbrahimovun sözlərinə görə, son illərdə iribuynuzlu heyvanların sayında azalma müşahidə olunur, eyni zamanda qoyun və keçi sayında da ciddi geriləmə var.

“Əhalinin sayının artması isə tələbi daha da yüksəldir. Bu amillər bir araya gəldikdə bazarda balans pozulur.
Bəzi hallarda satıcılar da bayram fürsətindən istifadə edərək qiymətləri süni şəkildə artırmağa çalışır. Burada artıq davranış psixologiyası da rol oynayır. Satıcılar bayram ərəfəsində məhsulu daha baha satmağa üstünlük verir və nəticədə bazarda tarazlıq pozulur”.

Ekspert hesab edir ki, mövcud problemlərin aradan qaldırılması üçün bazarda sağlam rəqabət mühitinin formalaşdırılması vacibdir.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
42
konkret.az

1Sources