EN

İlon Maskın Grok u məhkəməyə verildi

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-də İlon Maska məxsus xAI şirkətinin hazırladığı "Grok" süni intellekti ilə bağlı məhkəmə işi açılıb.

BAKU.WS xəbər verir ki, iddialara görə, ikisi azyaşlı olmaqla üç qız "Grok"un onların fotolarından istifadə edərək saxta çılpaq görüntülər hazırladığını bildirib. Onların sözlərinə görə, bu materiallar icazəsiz yaradılıb və internetdə yayılıb.

Zərərçəkənlər həm təzminat tələb edir, həm də bu cür məzmunun qadağan olunmasını istəyir. İddiaçıların vəkili şirkətin riskləri bildiyi halda tədbir görmədiyini deyib. Məlumata görə, saxta görüntülər "Discord" platformasında paylaşılıb.

Qeyd olunur ki, bu, "Grok"la bağlı azyaşlıların açdığı ilk belə məhkəmə işidir. Hadisə süni intellektə nəzarət məsələsini yenidən gündəmə gətirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
1
baku.ws

2Sources