Bayram günlərində ASAN Xidmət işləyəcək?
Ramazan və Novruz bayramları ilə əlaqədar martın 20-29-da ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.Bu barədə BUTA.TV-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, martın 30-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.