EN

Əsgərlikdə olan oğlunu söydü, dava düşdü Təfərrrüat

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcabədi rayonunda 1970-ci il təvəllüdlü Şükür həmyerlisi Məhəmmədə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, Məhəmməd ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə onu bir dəfə ağacla sol qol nahiyyəsinə vurub. Şükürün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Şükür ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Şükür ifadəsində göstərib ki, məlum hadisə günü günorta saatlarında Məhəmməd ilə birlikdə sahəyə gedib:“Sahəyə gedən zaman mənə məxsus at balasının hörüklədiyim yerdən açılaraq, başqa yerə hörüklənməsini gördüm. Məhəmməddən bunu onun edib-etmədiyini soruşdum. Məhəmməd isə sahəsinin yanına atımı bağlamamağımı istədi, ona görə etdiyini dedi. Atımı bağladığım yerin su arxının yanı olmasını, atın sahəyə girmədiyini dedim. Məhəmməd yenə də etiraz etdi”. Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt Məhəmməd ona qarşı və əsgərlikdə olan oğlunun ünvanına nalayiq ifadələr söyləyib: “Məhəmmədə irad tutaraq, nalayiq ifadə söylədim. Daha sonra atımı sürərək getdim. Sahənin baş tərəfinə baxaraq qayıtdım. Sahəyə gedən torpaq yolda Məhəmmədin məni gözlədiyini gördüm. Ona yaxınlaşaraq getməsini istədim, getməsə onu döyəcəyimi dedim. Həmin vaxt Məhəmməd atın üzərində olub. Məhəmməd atın üzərində əlində ağacla mənimlə danışan zaman ağacı onun əlindən aldım. Bu zaman Məhəmməd ölülərimin ünvanına nalayiq ifadələr söylədi. Mən də ağacla Məhəmmədin qoluna bir dəfə zərbə ilə vurdum”. Bu işə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürdüyünü qeyd edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
104
demokrat.az

1Sources