EN

Builki çərşənbə tonqallarında üç nəfər yanıq xəsarəti alıb

Builki Novruz çərşənbələrində ümumilikdə üç nəfər tonqalda xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Su çərşənbəsində (fevralın 24-ü) Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 yaşlı yeniyetmə və Nizami rayonunda 9 yaşlı azyaşlı xəsarət alıb. Su çərşənbəsində bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxslərə zəruri ixtisaslı tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar.

Torpaq çərşənbəsində (martın 17-si) isə 9-cu mikrorayon ərazisindən 2018-ci il təvəllüdlü azyaşlı üçün çağırış qeydə alınıb.

Chosen
83
6
publika.az

10Sources