
Naxçıvan şəhərində 18 Mart – Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə tədbir keçirilib.
Missiya.Az NUHÇIXAN-a istinadən xəbər verir ki, Naxçıvanın Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Xarici İşlər Nazirliyinin (XİN) muxtar respublikadakı İdarəsinin rəisi Vüsal Ələkbərli, digər rəsmi şəxslər, hərbçilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Mərasimdə Çanaqqala savaşında, eyni zamanda Azərbaycan ərazilərinin azadlığı uğrunda çanlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyulub, şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.
Sonra Naxçıvanda təhsil alan türkiyəli tələbələrin ifasında bədii kompozisiya təqdim olunub.
