EN

Martın 19-da gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunudan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

Chosen
37
49
teleqraf.com

10Sources