EN

Azərbaycanda narkotik cinayətləri üzrə 1,765 fakt aşkarlanıb

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda narkomanlıq və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1,765 cinayət faktı aşkarlanıb.


Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qeydə alınan faktların 359-u narkotik vasitələrin qanunsuz satışı ilə bağlı olub.


Hesabat dövründə aşkarlanmış cinayətlərin 1,404-ü narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, daha 1-i isə bu kateqoriyaya aid digər cinayətlərlə bağlı qeydə alınıb.

Gülnar 

Chosen
7
anews.az

1Sources