Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Braziliyada klubunu dəyişib.
Publika.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi D Seriyasında mübarizə aparan “XV Piraçiçaba” klubu ilə 1 illik müqavilə imzalayıb.
O, son mövsümdə “Primavera”nın heyətində çıxış edib və 22 oyunda 2 qol vurub.