EN

Azərbaycanda 707 nəfər narkotik asılılığından müalicə alır

Azərbaycanda metadonla əvəzedici müalicə proqramı üzrə 707 nəfər narkotik asılılığından müalicə alır.

"Far.Az" xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu ilin iki ayı ilə bağlı yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, bunlardan 284 nəfəri Respublika Narkoloji Mərkəzində, QİÇS-lə Mübarizə Mərkəzində 300, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər müalicə edilir.

Chosen
89
4
far.az

10Sources