EN

Beyrutun mərkəzində dəhşətli partlayış: İsrail bütöv bir binanı yerlə-yeksan etdi - VİDEO

İsrail Müdafiə Ordusu (İDF) Livanın paytaxtı Beyrutun mərkəzinə çox yaxın məsafədə yerləşən Başura məhəlləsində bütöv bir binanı tamamilə dağıdıb.

Musavat.com xəbər verir ki, sözügedən rayon ötən həftə də atəşə tutulmuşdu.

Zərbədən öncə İDF sosial şəbəkələrdə xəbərdarlıq yayaraq konkret binanı nişan göstərib və həmin obyekti "Hizbullah"ın infrastrukturu adlandırıb.

Hazırda itkilər barədə məlumat daxil olmayıb.

Musavat.com

Chosen
28
musavat.com

1Sources