EN

Azərbaycan bu ölkəyə investisiyalarını 1 300 dəfədən çox artırıb

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycan İsrail iqtisadiyyatına 543 milyon 27 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 542 milyon 627 min ABŞ dollar və ya 1 358 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın İsrail iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 21,5% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı ölkə olub.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 528 milyon 104 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
1
banco.az

2Sources