EN

Bu ərazilərə qar yağır

Azərbaycanda dağlıq ərazilərə qar yağır, qarın hündürlüyü Şahdağda 7, Qrızda 1 sm-dir.Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Martın 18-i saat 10:00-a olan məlumata əsasən düşən yağıntının miqdarı Şabranda 8, Qəbələdə 7, Zaqatala və Sarıbaşda (Qax) 6, Qobustan və Balakəndə 4, Astara və Xaltanda 2, Quba, Qusar, İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Naftalan, Yardımlı, Biləsuvar, Lənkəran, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.Martın 17-də şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), Zaqatala, Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Chosen
40
29
metbuat.az

10Sources