EN

Rusiya ordusu Ukraynada daha 1710 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1710 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 282 min 570 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 3 tank, 29 artilleriya sistemi və 11 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
133
20
missiya.az

10Sources