Hazırda Yaxın Şərq ölkələrində 201 ukraynalı hərbi ekspert var və daha 34 nəfər "yerləşdirilməyə hazırdır". Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski martın 17-də Böyük Britaniya parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, söhbət Rusiyanın Ukraynaya müntəzəm olaraq hücum etdiyi "Şahed" tipli pilotsuz təyyarələrdən necə müdafiə olunacağını bilən hərbi mütəxəssislərdən gedir. Zelenski deyib: "Komandalarımız artıq BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına çatıb, həmçinin Küveytə yola düşürlər. Biz digər ölkələrlə də işləyirik, müqavilələr artıq bağlanıb. Biz İran terrorunun qonşularına qarşı davam etməsini istəmirik".
O əlavə edib ki, ekspertlərin göndərilməsi qərarını Ukraynanın tərəfdaşlarının, o cümlədən ABŞ-ın xahişinə cavab olaraq qəbul edib.
Almaz Həsənli