EN

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edir

Azərbaycan Premyer Liqasının XXV turuna bu gün start veriləcək.

Msport.az xəbər verir ki, günün yeganə matçında “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Oyun Şamaxı şəhər stadionunda, saat 15:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Naxçıvan klubu 36 xalla beşinci, meydan sahibləri 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 20-də yekun vurulacaq.

Chosen
87
2
msport.az

3Sources