Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 366 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.