EN

CAF-dan şok qərar: Seneqalın Afrika çempionluğu əlindən alındı

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun final oyununda yaşanan insidentlə bağlı şok qərarlar verib.

Publika.az xəbər verir ki, Seneqal millisinə texniki məğlubiyyət verilib, turnirin qalibi isə Mərakeş millisi elan olunub. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

CAF Mərakeş tərəfinin matçın nəticəsi ilə bağlı apellyasiyasını təmin edib. Buna səbəb Seneqal futbolçularının oyun zamanı meydanı tərk etməsi olub.

"Afrika Millətlər Kubokunun reqlamentinin 84-cü maddəsinə uyğun olaraq, Seneqal millisinə final matçında texniki məğlubiyyət verilib və texniki qələbə Mərakeş yığmasının xeyrinə rəsmiləşdirilib", – deyə açıqlamada qeyd olunub.

Chosen
64
publika.az

1Sources