EN

İranda ilaxır çərşənbə tədbirlərində 945 nəfər xəsarət alıb

Bakı. Trend:

İranda ilaxır çərşənbə günündə qeyd olunan bayram tədbirlərində2 nəfər ölüb, 945 nəfər xəsarət alıb.

Trend-inməlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri CəfərMiadfər yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ilin analoji günü ilə müqayisədəölənlərin sayı 90%, yaralıların sayı 70% azalıb.

Miadfər bildirib ki, xəsarət alanlar arasında 40 nəfərin bədənüzvü kəsilib, 240 nəfər göz nahiyəsindən xəsarət alıb və 200nəfərdə yanıq halları qeydə alınıb.

Təşkilat rəsmisi deyib ki, ən çox xəsarət alanlar ŞərqiAzərbaycan vilayəti, Qərbi Azərbaycan vilayəti və Ərdəbilvilayətlərində qeydə alınıb.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar çərşənbələrdətonqalların qalanmasında təhlükəsizlik qaydalarına ciddi şəkildəriayət olunmur və küstar üsulla pirotexniki vasitələr hazırlanır vəistifadə edilir.

Məqalədə:
Chosen
76
az.trend.az

1Sources