EN

Beyin şişinin gizli ƏLAMƏTLƏRİ

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beyin şişləri ilə mübarizə aparan xeyriyyə təşkilatının mütəxəssisləri adi baş ağrısını təhlükəli prosesdən necə ayırd etməyin yollarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, şişlə əlaqəli baş ağrılarının əsas fərqi onların ağrıkəsicilər qəbul edildikdən sonra keçməməsidir. Belə ağrılar xüsusilə səhər saatlarında güclənir, gərginlik zamanı və ya əyildikdə daha da artır.

Bundan əlavə, səbəbsiz başgicəllənmə, ürəkbulanma və qusma da beyində şişin yaratdığı kəllədaxili təzyiqin artmasına işarə edə bilər. Şişlər hərəkət funksiyalarına təsir etdiyindən, baş ağrısı ilə yanaşı bədənin bir tərəfində zəiflik, keyimə və ya iynələnmə hissi də yarana bilər.

Həmçinin mütəxəssislər bildiriblər ki, tarazlıq, koordinasiya, nitq və ya görmə ilə bağlı problemlər də ciddi əlamətlər sırasındadır.

Təşkilat vətəndaşlara tövsiyə edir ki, göz önünün qaralması, cisimlərin ikiqat görünməsi və ya görmə sahəsinin bir hissəsinin itməsi hallarında mütləq həkimə müraciət etsinlər.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
1
redaktor.az

2Sources