EN

NATO-nun gələcək mövcudluğu ciddi sual altındadır



“Son illərdə cərəyan edən hərbi qarşıdurmalar və geosiyasi dəyişikliklər NATO-nun gələcək mövcudluğunu ciddi sual altına qoyur”.

Bunu Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, Avropa artıq özünün muxtar təhlükəsizlik sisteminin qurulması ətrafında düşünür, Yaponiya və Cənubi Koreyanın bölgədəki təhlükəsizlik təminatı ilə bağlı tərəddüdləri var:

“ABŞ isə onun maraqlarına xidmət etməyən bir təşkilatın əsas hərbi və maliyyə yükünü çəkmək istəmir, o zaman NATO ilə bağlı pessimist gələcək görünür”.
Elçin Ağamalı hesab edir ki, təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif maraqların bir yerə toplaşdığı böyük təşkilatların zamanı artıq öz aktuallığını itirməkdədir:

“Yenidən formalaşan dünyanın təhlükəsizlik arxitekturasında konkret bölglərlə bağlı maraqlı dövlətlərin hərbi əməkdaşlığa dair birgə fəaliyyəti prioritet təşkil edəcəkdir”.

Süleyman
Chosen
36
newscenter.az

1Sources