EN

Əmtəə bazarlarında qızılın qiyməti 5 000 dollardan aşağı enib

Əmtəə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,26% azalaraq 4 995,34 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,34% azalaraq 78,85 ABŞ dolları olub.

Chosen
43
12
1news.az

10Sources