EN

İran Mossad agentini edam etdi

İran hakimiyyəti Mossad üçün casusluqda təqsirli bilinən Kuruş Kivaninin ölüm hökmünü icra edib.

"Unikal" xəbər verir ki,  bu  barədə İran mediası məlumat yayıb. 

Qeyd olunur ki, Kivani İsrail kəşfiyyatına ölkə daxilində strateji əhəmiyyətli ərazilər haqqında fotoşəkillər və məlumatlar ötürüb. Hökm, məhkəmə proseslərinin başa çatmasından və İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına görə, şübhəli 12 günlük müharibənin dördüncü günündə, 15 iyunda Savojbolaq rayonundakı şəxsi evdə saxlanılıb. Həbs edildikdən sonra onun üzərində 30.000 avro nağd pul, pikap, motosiklet, kəşfiyyat və peyk rabitəsi avadanlığı aşkar edilib.

İddiaların müstəqil təsdiqlənməsi də daxil olmaqla, əlavə təfərrüatlar verilməyib.

Gülayə Mecid 

Chosen
56
50
unikal.az

10Sources