“Yaxın Şərqdəki müharibənin nəticələri hər kəsə təsir edəcək”.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. O, Qərb ölkələrində münaqişəyə qarşı tənqidləri alqışlayıb:
“Qlobal fəsadlar dalğası yeni başlayıb və sərvətindən, dinindən və irqindən asılı olmayaraq hər kəsə təsir edəcək". O, mesajına müharibəyə etiraz edən ABŞ-nin yüksək vəzifəli terrorizmə qarşı mübarizə məmurunun istefa məktubunun surətini əlavə edib:
"Getdikcə daha çox adam, o cümlədən Avropa və Amerika rəsmiləri İrana qarşı müharibəni ədalətsiz adlandırır. Beynəlxalq ictimaiyyətin daha çox üzvü də eyni addımı atmalıdır”.
Aydın Baxış