EN

Ukrayna Prezidenti Kral Çarlza “iPad” hədiyyə edib

London, 18 mart, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya səfəri çərçivəsində Vestminsterdə keçirilən iclasda 60 deputat və lord qarşısında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Zelenski çıxışında Yaxın Şərqdəki müharibə ilə Ukraynadakı uzunmüddətli münaqişə arasında əlaqə yaradaraq bildirib ki, ukraynalılar müasir müharibənin qabaqcıllarına çevriliblər və əldə etdikləri təcrübəni müttəfiqlərlə bölüşməyə hazırdırlar. Zelenski vurğulayıb ki, hətta “iPad” kimi sadə texnologiyalar Ukrayna komandirlərinə ölkənin təhlükəsizliyini idarə etməyə imkan verir.

Prezident həmçinin qeyd edib ki, o, Kral III Çarlz ilə Bukingem Sarayında keçirilən görüş zamanı “iPad”i hörmət və minnətdarlıq əlaməti olaraq təqdim edib və bunun iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

İclasda Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun Baş katibi Mark Rutte, Britaniya müdafiə naziri Con Hili və partiya liderləri iştirak ediblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
114
4
azertag.az

5Sources