EN

Zelenski: Ukrayna 200 dən artıq hərbçi mütəxəssisi Yaxın Şərqdə göndərib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kiyev, 18 mart, AZƏRTAC

Yaxın Şərqdə 201 Ukrayna hərbi mütəxəssisi var, daha 34 nəfər isə yerləşdirilməyə hazırdır.

AZƏRTAC “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Parlamentindəki çıxışı zamanı açıqlayıb.

Zelenski qeyd edib ki, bunlar “Şahed” tipli dronlardan necə müdafiə olunmağı bilən hərbi mütəxəssislərdir.

“Komandalarımız artıq BƏƏ, Qətər və Səudiyyə Ərəbistanındadır və Küveytə də gedir. Biz bir neçə başqa ölkə ilə də işləyirik. Artıq razılaşmalar bağlanıb”, - deyə Ukrayna Prezidenti bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
63
4
azertag.az

5Sources