EN

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xankəndi, 17 mart, AZƏRTAC

Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi ölkəmizin hər yerində olduğu kimi Xankəndi şəhərində də böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin Zəfər meydanında çərşənbə tonqalı alovlandırılıb. Tonqal ətrafına toplaşan insanlar qədim ənənələrə uyğun olaraq bayram alovun üzərindən tullanıb, baharın gəlişini sevinclə qarşılayıblar.

Musiqili və əyləncəli proqramla müşayiət olunan tədbir iştirakçılarda xüsusi bayram ovqatı yaradıb. Milli musiqilər səsləndirilib, sakinlər birlik və həmrəylik şəraitində Novruz ənənələrini yaşadıblar. Uzun illərdən sonra doğma Qarabağ torpağında Novruz tonqallarının alovlanması sakinlərdə qürur və sevinc hisslərini daha da artırıb.

Müxbir – Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
4
azertag.az

5Sources