EN

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xocalı, 17 mart, AZƏRTAC

Martın 17-də Xocalı şəhərində Novruzun müjdəçisi olan torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocalı şəhərinin mərkəzində, eləcə də köç həyata keçirilən kəndlərdə sakinlər bir araya gələrək, bayram tonqalları ətrafında toplaşıblar. Doğma torpaqlarına qayıdan insanlar torpaq çərşənbəsini sevinc və qürur hissi ilə qeyd ediblər. Sakinlər bir-birini bayram münasibətilə təbrik edib, Novruz ənənələrini yaşadıblar. Səsləndirilən musiqi nömrələri və bayram ovqatlı çıxışlar tədbirə xüsusi rəng qataraq insanlarda yüksək əhvali-ruhiyyə yaradıb.

İllər sonra doğma yurdda yandırılan bu tonqallar torpağın dirçəlişinin, həyatın yenidən qayıdışının rəmzi kimi sakinlərə böyük sevinc bəxş edib. Xocalıda ucalan bayram tonqalları həm də azad torpaqlarımızda həyatın bərpa olunduğunu göstərən qürurverici mənzərə yaradıb. Sakinlər bildiriblər ki, bu gün doğma yurdlarında torpaq çərşənbəsini qeyd etmək, onlar üçün ən böyük xoşbəxtlikdir.

Müxbir – Tahir Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
106
11
azertag.az

10Sources