EN

Azıx mağarasında təqiqatlar davam etdirilirVİDEO

Azıx mağarasında arxeoloji təqiqatlar davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, Xocavənddə yerləşən mağarada aparılan arxeoloji tədqiqatlar zamanı 300-ə yaxın nümunə tapılıb.

Tətqiqatlarla bağlı “Xəzər Xəbər”ə danışan AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevin sözlərinə görə, ən qədim dövrlərin qalıqları xüsusi olaraq labarator şəraitdə araşdırılır.

Fərhad Quliyev qeyd edib ki, hazırda ərazidə dünyanın bir neçə ölkəsindən olan beynəlxalq və yerli alimlərin iştirak etdiyi böyük heyət çalışır.

İnstitut rəhbəri Azıx mağarasında 2 ildir intensiv tədqiqatlar aparıldığını bildirib. Onun sözlərinə görə, bu il də davam etməklə, hələ xeyli müddət mağarada müxtəlif tədqiqatlar həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
28
xezerxeber.az

1Sources