EN

Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüşkeçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev hakimləri bu məsulvəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, onlarafəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycanda Ulu ÖndərHeydər Əliyevin rəhbərliyi ilə başlamış hüquqi dövlət quruculuğuprosesi, onun əsas artibutlarından biri olan Konstitusiyanınqəbulu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəuğurla davam etdirilən məhkəmə-hüquq islahatları barədədanışıb.

Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlığınqurulduğunu deyən Aparat rəhbəri Milli Məclisin məhkəmə-hüquqsisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün qəbuletdiyi qanunları diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasınınüzvü Nizami Səfərov ölkəmizdə məhkəmə sisteminin fəaliyyəti, busahənin təkmilləşdirilməsi üçün görülən işlər barədə danışıb,beynəlxalq hüququn bir sıra məsələləri haqqında fikirlərinibölüşüb.

Görüşdə Məhkəmə-Hüquq Şurası Aparatı rəhbərinin müavini RəşadHəsənli qanunvericilik və məhkəmə hakimiyyəti arasında yaradılmışsıx əməkdaşlığa və bu görüşün təşkilinə görə parlament rəhbərliyinətəşəkkürünü bildirib. O, bu görüşün yeni təyin olunmuş hakimləringələcək fəaliyyətində öz rolunu oynayacağına inamını ifadəedib.

Sonra slaydlar vasitəsilə Milli Məclisin fəaliyyətinə dairtəqdimat diqqətə çatdırılıb.

Tədbir çərçivəsində hakimlər parlamentin inzibati binasındaHeydər Əliyevin abidəsini və “Zəfər Guşəsi”ni ziyarət ediblər,parlamentin plenar iclas zalı ilə tanış olublar və xatirə şəkilləriçəkdiriblər.

Milli
Milli
Milli
Milli
Milli
Məqalədə:
Chosen
50
12
az.trend.az

10Sources