EN

Doğuş vaxtı ölən 19 yaşlı Röyadan geriyə qalan GÖRÜNTÜLƏR

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Tərtərdə doğuş zamanı həyatını itirən 2007-ci il təvəllüdlü Röya Zahid qızı Allahverdiyevanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Həmin xoş anları əks etdirən kadrlar izləyənləri kədərləndirib və böyük üzüntü ilə qarşılanıb.

Xatırladaq ki, hadisə martın 12-si saat 23 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş verib. Doğuş zamanı gənc ananın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmasa da, yenidoğulan körpə sağ qalıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin bütün detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır./milli.az/

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
3
cebheinfo.az

4Sources