EN

Avropa nəhəngi "Real"ın iki ulduzunu istəyir

"Liverpul" klubu "Real Madrid"in iki futbolçusunun xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi Eduardu Kamavinqa və Din Höyseni transfer etmək istəyir. "TEAMtalk"da dərc edilən xəbərə görə, “Liverpul” Eduardu Kamavinqa üçün 50 milyon avro, Din Höysen üçün isə 70 milyon avro büdcə ayırıb.

Xəbərdə deyilir ki, maliyyə şərtləri cəlbedici olarsa, İspaniya nəhəngi futbolçuların gedişinə razılıq verə bilər.

Chosen
24
metbuat.az

1Sources