EN

Aİ: Rusiya ilə gələcəkdə dialoq qurmağa hazırlaşmalıyıq

Aİ: Rusiya ilə gələcəkdə dialoq qurmağa hazırlaşmalıyıq

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Rusiya ilə gələcəkdə dialoq qurmağa hazırlaşmağın zəruriliyini, lakin hazırda bunun üçün doğru zaman olmadığını bildirib.

AFN.az xəbər verir ki, Belçikanın rəsmi agentliyi "Belga"nın yaydığı məlumata görə, Kosta əsas gündəmin Avropanın təhlükəsizliyi və Ukraynada sülhün bərqərar olması olduğunu vurğulayıb.

Kosta Rusiyaya qarşı iqtisadi təzyiqlərin davam etdirilməsinin vacibliyini qeyd edərək, eyni zamanda Ukraynaya lazımi dəstəyin göstərilməsinin önəmini diqqətə çatdırıb. Aİ-nin Rusiyadan enerji asılılığına son qoymağa çalışdığını bildirən Şura sədri, münasibətlərin normallaşması üçün hazırlıq görülməli olduğunu, lakin mövcud şəraitin buna imkan vermədiyini ifadə edib.

Bundan əlavə, Kosta Macarıstanın Ukrayna üçün nəzərdə tutulan fondları bloklamasına toxunaraq, üzv ölkələrin bu cür "gözdağı" vermə cəhdlərini qətiyyətlə qınayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Belçikanın Baş naziri Bart De Vever də bənzər mövqe sərgiləmiş, Avropanın Rusiya ilə münasibətləri normallaşdırmalı və ucuz enerjiyə yenidən çıxış əldə etməli olduğunu iddia etmişdi. Kostanın bu açıqlamaları Aİ daxilində Rusiya ilə bağlı gizli müzakirələrin artıq ictimai müstəviyə keçdiyini göstərir.

Chosen
56
afn.az

1Sources