Gəncə Ağır Cinayətlər Məhkəməsində 52 yaşlı kişini döyərək öldürməkdə təqsirləndirilən İnqilab Qayıbovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, son iclasda müttəhimə hökm oxunub: İ.Qayıbov 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə İ.Qayıbovun cəzasını həbs edildiyi gündən hesablayıb və bu müddət martın 4-də başa çatdığı üçün o, azadlığa buraxılıb.
İttihama görə, hadisə 2024-cü il sentyabrın 27-də Tərtər şəhəri, Heydər Əliyev küçəsindəki parkda baş verib.
Bundan əvvəl 1974-cü il təvəllüdlü Yaşar Abdullayev sosial şəbəkədə 1994-cü il təvəllüdlü həmyerlisi İnqilab Qayıbovla mübahisə edib. Mübahisədən sonra Qayıbov Y.Abdullayevin qeyd edilən parkda olduğunu müəyyən edərək, oraya gəlib, mübahisəni davam etdirib. Bu zaman o, Y.Abdullayevə yumruqla zərbə vurub.