EN

​“Qalatasaray”ın ulduzu üçün 60 milyonluq təklif

Bu yay “Monako”dan “Qalatasaray”a keçən Vilfrid Sinqo karyerasını yenidən Avropada davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, bu iddia ilə İtaliya mediası çıxış edib. Xarici mətbuatın yazdığına görə, İtaliyanın məşhur “Napoli” klubu Sinqo üçün İstanbul təmsilçisinə 60 milyon avro təklif edib. İstanbul klubunun İtaliya təmsilçisinə konkret cavab vermədiyi bildirilir. Qeyd edək ki, Vilfrid Sonqo bu mövsüm “Qalatasaray”ın heyətində 21 oyuna çıxıb. Təcrübəli müfafiəçi 1 qol vurub və 3 qolun ötürməsini verib. Onun “Qalatasaray”la 2029-cu ilə kimi müqaviləsi var.

Futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Chosen
72
1
metbuat.az

2Sources