Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ramazan ayının sonuna yaxınlaşdıqca fitrə zəkatı ilə bağlı müzakirələr yenidən gündəmə gəlir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu il üçün adambaşına minimum 15 manat məbləğin tövsiyə olunması xüsusilə maddi imkanı məhdud olan insanlar аrasındа müxtəlif suallar doğurub. Bəs görəsən, bu məbləğdən daha az fitrə zəkatı vermək dini baxımdan nə dərəcədə uyğundur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslamda fitrə zəkatı və digər sədəqə növlərini konkret pul məbləği ilə məhdudlaşdırmaq düzgün yanaşma deyil.

Onun sözlərinə görə, dini mənbələrdə fitrə zəkatı əsasən ərzaq məhsulları – buğda, arpa, xurma, düyü, lobya və digər dənli bitkilər üzərindən müəyyən edilir:
“Bu ölçülər insanların maddi imkanlarına uyğun olaraq tətbiq edilməlidir. Məsələn, kiminsə imkanı yalnız arpaya çatırsa, o, arpa ilə fitrə verə bilər. Digər birinin imkanı buğdaya və ya daha bahalı ərzaqlara çatırsa, ona uyğun şəkildə verməsi daha məqsədəuyğundur”.
İlahiyyatçı vurğulayıb ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər də bu kimi məsələlərə birbaşa təsir edir:
“Əgər qiymətlər kəskin şəkildə dəyişərsə, əvvəlcədən müəyyən edilmiş sabit məbləğin aktuallığı qalmaz. Bu səbəbdən fitrə zəkatını əvvəlcədən konkret rəqəmlə elan etmək doğru deyil”.
Tural İrfanın fikrincə, hər kəs üçün eyni məbləğin müəyyən edilməsi sosial ədalət prinsipinə uyğun gəlmir:
“İnsanların maddi vəziyyəti eyni deyil. Bəziləri tövsiyə edilən məbləği ödəmək üçün borc almağa məcbur qalır ki, bu da dinin mahiyyətinə ziddir. İslamda əsas prinsip imkan daxilində verməkdir”.
İlahiyyatçı əlavə edib ki, dini baxımdan fitrə zəkatı insanın real maddi vəziyyətinə uyğun şəkildə verilməli, imkanı olanlar isə daha çox sədəqə verməklə savab qazana bilərlər.
Aynurə İsmayıl
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.