EN

Mərkəzi Elmi Kitabxanada Novruz tonqalı - Kitab rəflərini yandırdılar-FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Novruzun gəlişi münasibətilə bayram tədbiri təşkil edilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov da iştirak edib.

Tədbir çərçivəsində xalqımızın qədim ənənələrini özündə əks etdirən İlaxır çərşənbə qeyd olunub, bayramın əsas rəmzlərindən sayılan tonqal qalanıb. Tonqal ətrafında toplaşan kitabxana kollektivi bayram ab-havası içində birlik, bərəkət və yenilənmə rəmzi olan Novruzun gəlişini qeyd edib.

Bura qədər hər şey qaydasında gedib. Qaydasında olmayan məsələ isə tonqalın nə ilə qalanmasıdır.

Tədbirdən paylaşılan fotolardan məlum olur ki, Mərkəzi Elmi Kitabxananın rəhbərliyi tonqalda yandırmaq üçün odun, taxta parçası axtarmağı lazım bilməyib. Elə kitab rəflərlərindən tonqal yandırıblar.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru dosent Şəhla Tahirqızı bildirib ki, tonqalda yandırılan taxta parçaları kitab rəfləri deyil:

“Mərkəzi Elmi Kitabxanın kitab rəfləri dəmirdəndir. Tonqalda istifadə edilənlər isə il boyu təmir və iməcilik işlərindən qalan taxta parçalarıdır və onlar məqsədi şəkildə bayram üçün saxlanılır”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
39
yenisabah.az

1Sources