EN

İstintaq təcridxanasına ayaqqabının içində narkotik keçirmək istədilər FOTO

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılıb.

Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
15
bizim.media

10Sources