EN

Bakıda 17–18 mart tarixlərində sıxlıq gözlənilir – Ekspert alternativ marşrutları açıqladı » AzadMedia.az


Bakıda 17–18 mart tarixlərində nəqliyyat sıxlığının artacağı proqnozlaşdırılır. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bununla bağlı sürücülərə Azadmedia.az vasitəsilə müraciət edərək, tıxacların qarşısını qismən almaq üçün alternativ yolları tövsiyə edib.
Ekspertin sözlərinə görə, paytaxt ərazisində xüsusilə əsas magistral yollarda hərəkətin intensivliyi artacaq. Bu səbəbdən sürücülərə mümkün qədər alternativ istiqamətlərdən istifadə etmək tövsiyə olunur.
Ekslert bildirib ki, Sumqayıt istiqamətində hərəkət edənlər üçün Böyükşor–Pirşağı–Sumqayıt marşrutu daha məqsədəuyğun hesab edilir. Bu yolun təxminən 9 km daha uzun olmasına baxmayaraq, tıxacda vaxt itirməkdənsə daha sərfəlidir.
Xırdalan, Masazır və Sulutəpə istiqamətinə gedən sürücülərə isə Azadlıq prospekti–Binəqədi yolundan istifadə etmək məsləhət görülür.
Cənub istiqamətində hərəkət edənlər üçün alternativ olaraq Bakı Dairəvi yolu vasitəsilə Biləcəri, Yasamal və Badamdar ərazilərindən keçmək daha əlverişli hesab olunur.
Ekspert qarşıdan gələn bayram günlərini də nəzərə alaraq sürücülərə səbirli və diqqətli olmağı tövsiyə edib.
Sonda Aslan Əsədov vətəndaşları qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik edərək, hər kəsə təhlükəsiz və rahat yol arzulayıb.
Chosen
31
1
azadmedia.az

2Sources