EN

Paşinyan ona yeni vəzifə verdi

Ermənistanda qondarma “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru Edita Qzoyan işdən azad edildikdən sonra onun vəzifəsini keçmiş diplomat Hraçya Taşçyan icra edir.

Publika.az xəbər verir ki, Edita Qzoyan ABŞ-ın vitse-prezidenti Vensin səfəri zamanı ona Qarabağ haqqında kitab təqdim etdiyi üçün işdən azad edilib. Ermənistanın baş naziri Nikol Paşinyan direktorun bu addımının sülhə və hökumətin siyasətinə zidd olduğunu bildirib.

Ermənistan mediası Qzoyanı əvəz edən keçmiş diplomat Hraçya Taşçyanın Azərbaycanla gizli danışıqlarda iştirak etdiyi iddiasını yayıb.

“Hraparak” nəşri iddia edir ki, Taşçyan 2018-2019-cu illərdə Paşinyanın aparatında köməkçi işləyərkən, Azərbaycanla gizli danışıqlarda iştirak edib.

"O, baş nazirin Aparatında xarici əlaqələr şöbəsinin müdiri işləyib. 2021-ci ilin dekabrında Azərbaycanla bağlı gizli danışıqlar haqqında məlumat sızandan sonra vəzifəsindən azad edilib", - nəşr iddia edir.

Chosen
93
2
publika.az

3Sources