EN

Bakı Kitab Mərkəzində Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 mart, AZƏRTAC

Bakı Kitab Mərkəzində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin iştirakı ilə “Novruz xonçası” adlı xeyriyyə şənliyi təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirə Bakı şəhəri, Sabunçu rayonu 10 nömrəli sanatoriya tipli internat məktəbinin şagirdləri dəvət edilib.

Şənlik çərçivəsində qonaqlar Novruzun zəngin adət-ənənələrini əks etdirən rəsm sərgisinə baxıblar, daha sonra Bakı Kitab Mərkəzi ilə tanış olublar. Regional İnkişaf İctimai Birliyinin könüllülərinin iştirakı ilə “Oxu saatı” və əl işləri üzrə maraqlı ustad dərsləri təşkil edilib.

Tamaşa zamanı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri Novruzun ruhunu əks etdirən milli və dünya xalqlarının rəqslərini nümayiş etdirib, həmçinin musiqi nömrələri səsləndiriblər.

Sonda uşaqlara Bakı Kitab Mərkəzi tərəfindən Novruz sovqatları təqdim edilib, “TEAS Press” nəşriyyat evi tərəfindən isə kitablar hədiyyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
azertag.az

1Sources