EN

60 yaşlı kişi ona sağalması üçün qulluq edən arvadını döydü

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astara rayonunda 60 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 15-də Astara şəhəri, H.Əliyev prospektində baş verib.1966-cı il təvəllüdlü Musa həmin gün səhər saat 5 radələrində fərdi yaşayış evində olan zaman arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib. Musa şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı arvadı Südabədən nəyə görə ona gündəlik dərman preparatları verdiyini soruşub. Qadın isə onun xəstə olduğu üçün dərman verməsini bildirib. Buna görə də onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı o, arvadının sol göz nahiyəsinə qəsdən yumruq və şillə ilə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma)  maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsi tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
demokrat.az

1Sources