EN

“Biz heç nədən qorxmuruq” - Zelenski İranın təhdidlərinə münasibət bildirib

Ukrayna İrandan gələn təhdidlərdən qorxmur.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna pezidenti Vladimir Zelenski i24news-a verdiyi müsahibədə bildirib.

Zelenski deyib ki, son dörd ildə, yəni Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin başlanğıcından bəri çoxlu belə mesajlar eşidib: “Qulaq asın, yeni bir şey deyil. Bu dörd il ərzində bir çox fərqli sözlər eşitmişəm. Biz belə sözlərin heç birindən qorxmuruq. Son dörd il ərzində, ən azı dörd ildir ki, hər gün belə xəbərlərlə yaşayırıq, amma əsasən 12 ildir. Ona görə də bizim üçün bu, yeni deyil”.

Qeyd edək ki, bir müddət əvvəl İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi bildirmişdi ki, Ukraynanın İsrailə dronlar da daxil olmaqla verdiyi hər hansı bir yardım, bütün Ukrayna ərazisini Tehranın raket zərbələri üçün “qanuni hədəf”ə çevirəcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
26
herbiand.az

1Sources