“Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori karyerasını yenidən İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Napoli” 23 yaşlı futbolçu ilə ciddi maraqlanır. Komandanın baş məşqçisi Antonio Konte yay transfer dönəmində Kalafiorini əsas hədəflərdən biri kimi görür.
“Arsenal” oyunçunu satmağa tələsməsə də, ona stabil oyun vaxtı vermir. Bu səbəbdən futbolçunun gələcəyi sual altındadır.
Qeyd edək ki, Kalafiori 2024-cü ildə “Bolonya”dan “Arsenal”a keçib.