EN

"Azərişıq" sabit tariflə bağlı suallara aydınlıq gətirdi

2026-cı il yanvarın 1-dən Azərbaycanda elektrik enerjisi üçün istehlak həcmindən asılı olmayaraq aylıq 1 manat sabit tarif (abonent xidmət haqqı) tətbiq edilir. Lakin proqram təminatında təkmilləşdirmələrlə əlaqədar yanvar ayının ödənişi fevralın hesabatı ilə üst-üstə düşüb. Bu da da bəzi abonentlərdə ödənişlərində ikiqat tutulma təəssüratı yaradıb.

Publika.az xəbər verir ki, məsələyə “Azərişıq” ASC-nin İnformasiya və Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev aydınlıq gətirib:

"Yanvar və fevral hesabat ayları arasındakı vaxt azlığı səbəbindən sabit tarifə görə, 2 manat ödənişin həyata keçirilməsi çaşqınlığa səbəb olub. Əslində isə istehlakçıların ödədikləri 2 manat tarifin 1 manatı yanvarın, 1 manatı isə fevral ayının sabit tarifinin dəyəri idi".

O ki qaldı abonentlərin qalıq borclarına, mövcud qaydalara əsasən borclu abonentlərin elektrik enerjisi ilə təminatı borcun ödənilməsindən sonra mümkündür. Lakin "Azərişıq" daha optimist mexanizm tətbiq edir.

Rüstəm Quliyev qeyd etdi ki, elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əsasən qalıq borcu olan istehlakçıya enerji verilişi dayandırılmalıdır:

Chosen
52
publika.az

1Sources